"Çelsi" tarixə düşdü

İngiltərə Premyer Liqası çərçivəsində "Çelsi" klubu "Aston Villa"nı qəbul edib. Görüş ev sahiblərinin qələbəsi ilə başa çatıb (3:0).

Sportline.az xəbər verir ki, dünənki qələbə ilə "Çelsi" Premyer Liqada 600 qələbə qazanan ikinci klub olub.

1. Mançester United - 690 qalibiyyət
2. Çelsi - 600

Qeyd edək ki, üçüncü yeri "Arsenal"  tutur (598). "Liverpul" 583 qələbə qazanıb. "Tottenhem" isə xeyli geridədir (483).