"Çelsi" ulduzu ilə vidalaşa bilər

"Çelsi" futbolçusu Meyson Mauntla yollarını ayıra bilər.

Sportline.az xəbər verir ki, "zadəganlar" müqaviləsi 2024-cü ilin yayına qədər olan yarımmüdafiəçi ilə yeni sözləşmə üçün razılığa gələ bilmir. Bu barədə "Marca" nəşri məlumat yayıb.

"Çelsi"nin təklif etdiyi maaş 24 yaşlı futbolçunu qane etmir. London klubu bu səbəbdən Maunt üçün gələcək təklifləri dəyərləndirəcək.

"Zadəganlar"ın yetirməsi olan futbolçu ilə "Liverpul" yaxından maraqlanır.

Meyson bu mövsüm 32 oyunda 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.