"Çelsi" yeni hücumçu axtarışındadır
"Çelsi" yeni hücumçu axtarışına çıxıb.
Sportline.az "El Grafico"ya istinadən xəbər verir ki, "İnter"in argentinalı futbolçusu Lautaro Martinez karyerasını "Çelsi" klubunda davam etdirə bilər.
London klubunun rəhbərliyi bu keçid üçün "İnter"ə 100 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Lautaronun İtaliya klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
27 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 21 matçda 6 qol və 4 asistlə yadda qalıb.