"Çelsi"də ayrılıq
"Çelsi"nin ingiltərəli futbolçusu Ben Çiluel klubdan ayrılıb.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, B.Çiluel "Kristal Pelas"a icarə əsasında transfer olub.
28 yaşlı futbolçunun hazır ki dəyəri "Transferamarkt" portalına görə 20 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, B.Çiluelin "Çelsi" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.