Dünya çempionu ilə bağlı qərar verildi

"Çelsi" argentinalı futbolçusu Enzo Fernandeslə yeni anlaşma imzalayıb.

Sportline.az Tyc Sports saytına istinadla xəbər verir ki, “zadəganlar” 22 yaşlı yarımmüdafiəçi ilə 2032-ci ilə qədər müqaviləni yeniləyib.

Qeyd edək ki, Enzo Fernandez qış transfer pəncərəsi çərçivəsində “Benfika” klubundan 121 milyon avro qarşılığda “Çelsi”yə transfer olunmuşdu.