“Çelsi”dən 100 milyon avroluq transfer
"Çelsi” “Real Madrid”in brazilyalı futbolçusu Rodriqo üçün hərəkətə keçib.
Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, London klubu Rodriqo üçün qarşı tərəfə 100 milyon avro ödəməyə hazırdır.
24 yaşlı futbolçunun “Real Madrid”lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Rodriqo cari mövsüm çıxış etdiyi 45 matçda 13 qol və 10 asistlə yadda qalıb.