"Çelsi"dən azarkeşlərinə Bakı paketi - 800 AZN
"Çelsi" futbol klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la Bakıda keçiriləcək oyun üçün tur paketinin qiymətini açıqlayıb. SportLine.az "zadəganlar"ın saytına istinadən xəbər verir ki, paketlər endirimli qiymətlərlə təklif olunub.
Bakıda gəzinti və 1 gecə 4 ulduzlu oteldə qalmağın da daxil edildiyi paket bir adam üçün 359 funt-sterlinqdən (800 AZN) başlayır.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək.