"Çelsi"ni "Napoli"yə dəyişə bilər
"Çelsi"nin ingiltərəli futbolçusu Karney Çukvuemeka karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Napoli" K.Çukvuemeka üçün "Çelsi"yə 30 milyon avro təklif edib.
London klubunun rəhbərliyi bu təklifə müsbət cavab verib. Transferin bu ay baş tutacağı gözlənilir.
Qeyd edək ki, 21 yaşlı futbolçunun "Çelsi" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.