"Çelsi"nin baş məşqçisi bilindi
Frenk Lempard yenidən "Çelsi"nin baş məşqçisi olacaq.
Sportline.az "Sky Sports"a istinadla xəbər verir ki, artıq bununla bağlı bütün sənədlər hazırdır və tezliklə tərəflər arasında müqavilə bağlanacaq.
Komandanı növbəti məşqə Lempardın çıxardığı bildirilir. O, mövsümün sonuna kimi baş məşqçi səlahiyyətlərini icra edəcək.
"Vulverhempton"la aprelin 8-də keçiriləcək oyunda da "komandanın sükanı onun əlində olacaq".
Qeyd edək ki, Frenk Lempard 2019-2021-ci illərdə "Çelsi"nin baş məşqçisi olub.