“Çelsi”nin futbolçusu “Real Madrid”in radarına düşüb
“Çelsi”nin argentinalı futbolçusu Enzo Fernandez karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Real Madrid” Enzonu transfer etmək üçün “Çelsi” ilə görüşmələrə başlayıb.
24 yaşlı yarımmüdafiəçinin London klubu ilə müqaviləsi 2032-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Enzonun hazır ki dəyəri “Transfermarkt” portalına görə 75 milyon avrodur.
O bu mövsüm çıxış etdiyi 35 matçda 5 qol və 9 asistlə yadda qalıb.
Xatırladaq ki, Enzo Fernandez 2023-cü ilin yanvar ayında “Benfika”dan “Çelsi”yə 121 milyon avro qarşılığında transfer olmuşdu.