"Çelsi"nin saxlamaq istədiyi futbolçu məlum oldu

"Çelsi" futbolçusu Sesar Aspilikueta ilə yeni müqavilə imzalamağa yaxındır.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, klub 32 yaşlı müdafiəçini buraxmaq niyyətində deyil. Ona görə də "zadəganlar" ispaniyalı oyunçuya 1 illik müqavilə təklif etməyə hazırlaşır.

Qeyd edək ki, Aspilikueta 2012-ci ildən "Çelsi"də oynayır.