"Çelsi"nin zədədən qayıdan futbolçuları məşqlərə başlayıblar
"Çelsi" klubunun mətbuat xidməti zədəli futbolçular haqqında məlumat verib.
Sportline.az mənbəyə istinadla xəbər verir ki, zədəsini sağaldan Malo Qusto və Romeo Laviya komanda ilə birgə məşqlərə başlayıb.
Komanda Premyer Liqada 4 turdan sonra 7 xal toplayıb.
Qeyd edək ki, "zadəganlar" növbəti oyununu sentyabrın 21-də "Vest Hem"ə qarşı keçirəcəklər. London Stadionunda baş tutacaq görüş saat 15:30-da başlayacaq.