Çempion məğlub oldu
Çempionluğu rəsmiləşdirən "Mançester Siti" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.
Sportline.az xəbər verir ki, Pep Qvardiolanın baş məşqçisi olduğu komanda 37-ci turda "Brayton"un qonağı olub. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Brayton" - "Mançester Siti" - 3:2
Qollar: İlkay Gündoğan, 2 (0:1), Foden, 48 (0:2), Trossard, 50 (1:2), Uebster, 72 (2:2), Bern, 76 (3:2)
Çempionluğu təmin edən "Mançester Siti"nin 83 xalla 1-ci, "Brayton" 41 xalla 15-cidir