Çempionatın mərkəzi görüşündə gərgin mübarizə
Qadın həndbolçuların Azərbaycan çempionatında 15-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, "Azərsu" - "İdman Akademiyası" matçında, imkanları daha yüksək qiymətləndirilən "Azərsu" 24-16 hesablı qələbə ilə mülahizələri doğruldub. Günün mərkəzi qarşılaşması isə, gərgin mübarizə ilə yadda qalıb. "Azəryol" - "Nur" görüşündə qonaqlar bir top fərqi ilə qələbə qazanıblar - 29:28.
Qeyd edək ki, ölkə çempionatının 16-cı turu martın 30-da Mingəçevirdə start götürəcək. "Kür" Olimpiya İdman Mərkəzinin arenasında, yerli ""Nur" "Azərsu" ilə qarşılaşacaq. "İdman Akademiyası" - "Gənclərbirliyi" və "Azəryol" - "Qarabağ" görüşləri isə aprelin ilk gününə təyin olunub.