Çempionlar Liqası: 4 oyuna azarkeş qadağası
Dekabrın 8-də Çempionlar Liqasının qrup mərhələsinin 4 oyunu boş tribunalar önündə keçiriləcək.
Sportline.az xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb. Mənbənin bildirdiyinə görə, buna səbəb son aylar koronavirus infeksiyasının yenidən genişlənməsidir.
Bildirilir ki, “Bavariya” - “Barselona” , «RB Leyptsiq» - «Mançester Siti» , «Ayaks» - «Sportinq» və «Zalsburq» - «Sevilya» görüşləri azarkeşlərin iştirakı olmadan keçiriləcək.
Qeyd edək ki, hələlik məsələ ilə bağlı UEFA açıqlama verməyib.