Çempionlar Liqası: həftənin rəmzi komandası
UEFA Çempionlar Liqasında bu həftənin rəmzi komandasını elan edib.
Sportline.az xəbər verir ki, ən yaxşı 11-likdə aşağıda adları qeyd olunan futbolçular yer alıb:
Qapıçı: Alisson Bekker ("Liverpul")
Müdafiəçilər: Naço ("Real"), Şansel Mbemba ("Portu"), Jerom Boatenq, Lukas Hernades, David Alaba (hamısı "Bavariya")
Yarımmüdafiəçilər: Riyad Mahrez ("Mançester Siti"), Cud Bellinqem ("Borussiya" Dortmund), Jorjinyo ("Çelsi"), Fil Foden ("Mançester Siti")
Hücumçu: Erik-Maksim Şupo-Motinq ("Bavariya")