Çempionlar Liqası: Həftənin rəmzi komandası və futbolçusu açıqlanıb

UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin V tur oyunlarından sonra həftənin rəmzi komandası bəlli olub.

Sportline.az xəbər verir ki, ən yaxşı "11-liy"ə İspaniyanın "Real Madrid", İngiltərənin "Çelsi", Almaniyanın "Leyptsiq" və Portuqaliyanın "Sportinq" klublarından hərəyə 2 futbolçu düşüb.

Qapıçı: Tibo Kurtua ("Real Madrid", İspaniya)

Müdafiəçilər: Ris Ceyms, Nataniel Çaloba (hər ikisi "Çelsi", İngiltərə), Nikolas Otamendi ("Benfika", Portuqaliya), David Alaba ("Real Madrid", İspaniya), Pedro Porro ("Sportinq", Portuqaliya)

Yarımmüdafiəçilər: Emil Forsberq, Kristofer Nkunku (hər ikisi "Leyptsiq", Almaniya), Tyaqo Alkantara ("Liverpul", İngiltərə), Pedru Qonsalveş ("Sportinq", Portuqaliya)

Hücumçu: Edin Ceko ("İnter", İtaliya)

ÇL-də həftənin futbolçusu isə İtaliya "İnter"inin hücumçusu Edin Ceko seçilib. Bosniya və herseqovinalı forvard evdə Ukraynanın "Şaxtyor" (Donetsk) klubuna 2:0 hesabı ilə qalib gəldikləri matçda hər iki qolun müəllifi olub.