Çempionlar Liqası: Ronaldu və Levandovski həftənin futbolçusu adına namizəd olub
UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Sportline.az xəbər verir ki, bu ada Portuqaliya "Sportinq"indən Pedru Qonsalveş, İngiltərənin "Mançester Yunayted" klubundan Kriştianu Ronaldu, Almaniya "Bavariya"sından Robert Levandovski və İtaliya "Yuventus"undan Paulo Dibala iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.