Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Sportline.az xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən, bu ada İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiəçisi Son Hın Min layiq görülüb.

30 yaşlı oyunçu Almaniyanın "Ayntraxt" (Frankurt) komandasını 3:2 hesabı ilə qalib gəldikləri görüşdə dubl edib.