Çempionlar Liqasında ilk finalçı müəyyənləşir
Bu gün UEFA Çempionlar Liqasında ilk finaçı müəyyənləşəcək.
Sportline.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Vilyarreal” İspaniyada “Liverpul”u qəbul edəcək. Qonaqlar ilk görüşdə 2:0 hesabı ilə qələbə qazanıblar.
“Estadio de la Keramika” stadionundakı qarşılaşmanı niderlandlı Danni Makkeli idarə edəcək.
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
3 may
23:00. “Vilyarreal” (İspaniya) – “Liverpul” (İngiltərə)
Vilyarreal, "Estadio de la Keramika" stadionu. Baş hakim: Danni Makkeli (Niderland)
Qeyd edək ki, digər yarımfinal matçı sabah Madrid “Real”ı ilə (İspaniya) “Mançester Siti” (İngiltərə) arasında olacaq. İngiltərədə 7 qolun vurulduğu ilk oyunda “şəhərlilər” 4:3 hesablı qələbə qazanıb.