Çempionlar Liqasında V turun ən yaxşı qolu

UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turunun ən yaxşı qolu müəyyənləşib.

Sportline.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə "Liverpul"un yarımmüdafiəçisi Tiaqo Alkantaranın 29 metrdən "Portu"ya (2:0) vurduğu qol 1-ci olub.

Səsvermədə həmçinin “Bavariya”nın hücumçusu Robert Levandovskinin  Kiyev “Dinamo”sunun (2:1) qapısını vurduğu baxımlı qol da yer alıb. Namizədlər sırasına "Sportinq"in yarımmüdafiəçisi Pedro Qonçalves və "Yanq Boyz"un müdafiəçisi Silvana Heftinin vurduğu qollar da daxil idi.