Çempionluq intriqası sönə bilər
Rusiya Premyer Liqasının 20-ci turunda “Spartak” “Orenburq”a 0-2 hesabı ilə məğlub olmaqla çempionluq mübarizəsində ağır zərbə alıb.
Sportline.az xəbər verir ki, moskvalılar bu məğlubiyyətlə işlərini daha da çətinə salıblar. Bu gün ÇSKA ilə görüşəcək piterlilər ən yaxın izləyicilərini 8 xal qabaqlayırlar.
Hazırda “Zenit” 48 xalla zirvədə qərarlaşıb. “Spartak”ın aktivində 40 xal var. Sankt-Peterburq təmsilçisi bugünkü oyunda qələbə qazanmaqla sona 10 tur qalmış çempionluq intriqasının söndürə bilər.