Çerçesov: "Nə maşın, nə pul, nə də mənzil verilmədi"
Futbol üzrə Rusiya millisinin keçmiş baş məşqçisi Stanislav Çerçesov ölkə mətbuatına danışıb.
Sportline.az xəbər verir ki, mütəxəssis "Sportowy" kanalına müsahibəsində bir sıra məqamlara toxunub.
DÇ-2018-də Rusiyanı 1/4 finala yüksəldən Çerçesov o dönəmi belə xatırlayır: “Nə maşın, nə bağ evi, nə yüksak məbləğdə pul, nə də mənzil almamışam. Ən əsası odur ki, millətin sevgisini qazandıq, onlar üçün oynadıq. Prezident Komandamızı Kremldə qəbul etdi. Bir neçə ordenlə təltif olunduq.
Dünya Kuboku zamanı prezidentlə bir neçə dəfə əlaqə saxlamışıq. Məni çempionatın finalına dəvət etdi, birlikdə oyunu seyr edirdik. Özü idmançıdır və ölkə idmanı üçün çox şey edir".
Qeyd edək ki, Stanislav Çerçesov 2018-ci ilin iyul ayında "Yerli futbolun inkişafına verdiyi böyük töhfəyə və yüksək idman nailiyyətlərinə görə" Aleksandr Nevski ordeni ilə mükafatlandırılıb.