Çexiyalı futbolçu "Lester Siti"yə keçməyə yaxındır

"Bayer Leverkuzen"in hücumçusu Adam Hlozek karyerasını İngiltərədə davam etdirə bilər.

Sportline.az jurnalist Fabritsio Romanoya istinadla xəbər verir ki, "Lester Siti" klubu 22 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmağa yaxındır.

Ötən mövsüm Almaniya klubu ilə 36 oyuna çıxan Hlozek 7 qol və 5 asistlik performans göstərib. Hücumçu Çexiya millisi ilə AVRO 2024-də 2 oyun keçirib.

Qeyd edək ki, Transfermarkt portalında Hlozekin transfer dəyəri 12 milyon avrodur.