Çingiz Hüseynzadə dopinq qalmaqalına münasibət bildirdi

Ağır atletlərimizin dopinq qalmaqalı son günlər gündəmi zəbt edib. SportLine.az xəbər verir ki, Milli Olimpiya Kmitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə  məsələyə münasibət bildirib.

“Məlumatı yeni almışıq. Hələ ki, məsələni araşdırmaq imkanımız olmayıb”, - deyən vitse-prezident, “İdmançılar qayıtdıqdan sonra məsələni Milli Olimpiya Komitəsinin anti-dopinq komissiyasında müzakirə edəcəyik”, - deyə bildirib.

Bütün dünyada belə problemlərin olduğuna diqqət çəkən Ç. Hüseynzadə idmançıların yarışdan əvvəl testən keçdiyini qeyd edib: “İdmançılar yarışa yollanmazdan əvvəl dopinq-test ediliblər və təmiz çıxıblar. Buna görə də, məsələnin müzakirəyə ehtiyacı var”.

Xatırladaq ki, ağır atletimiz Silviya Angelovanın ardınca daha 2 idmançımız – Valentin Xristov və Elxan Əliquluzadədə də dopinq aşkarlanıb.