Çingiz Hüseynzadə: "Dopinqə görə etirazın xeyri olmayacaq"

“Lisenziyaların ləğvi ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilərik. Ancaq bunun xeyri olmayacaq”. SportLine.az xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Təkcə bizim yox, Rusiyanın da eyni problemlə üzləşdiyini deyən Ç.Hüseynzadə CAS-ın etiraza müsbət cavab verəcəyinə inanmır: “Fikrimcə, CAS etirazı qəbul etməyəcək. Qəbul etsə belə, vaxtımız azdır. Artıq Rio Olimpiadasına az müddət qalır. CAS-ın qərarı isə uzun çəkə bilər. Beynəlxalq Olimpiya Komitəsinin yeni prezidenti Tomas Bax da bu məsələyə ciddi yanaşır. Buna görə, Olimpiadada şübhəli halların qeydə alınmasına imkan veriilməyəcək”.

Xatırladaq ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən Azərbaycan ağır atletlərinin qazandığı bütün lisenziyalar ləğv edilib.