Çingiz Hüseynzadə: "Olimpiadaya hazırlıq üçün idmançılara şərait yaradılacaq""

Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlığı normal qaydada davam etdirəcəklər.

Sportline.az xəbər verir ki, bu haqda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Space tv-yə açıqlamasında bildirib: "Koronavirus pandemiyası ilə əlaqədar, bütün dünyada olduğu kimi bizdə də müəyyən çətinliklər var. İdman qurğuları, məşq zalları bağlıdır, koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədi ilə ölkəyə giriş-çıxışda məhdudiyyətlər var. Amma bunlar müvəqqəti xarakterlidir. Novruz bayramından sonra, olimpiadaya hazırlaşan idmançılarımız üçün bütün şərait yaradılacaq".

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin dünənki açıqlaması, Tokio-2020-nin təxirə salınacağı ilə bağlı şaiyələrə son qoyub.