ÇL: "Çelsi" "Borussiya", "Benfika" "Brügge"yə qarşı

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Sportline.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Bununla da 1/4 finalın ilk 2 iştirakçısının adına aydınlıq gələcək.

"Çelsi" doğma meydanda "Borussiya"nı (Dortmund) qəbul edəcək. Dortmunddakı ilk oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.

"Benfika" Portuqaliyada Belçika "Brügge"si ilə üz-üzə gələcək. İlk görüşdə Lissabon təmsilçisi rəqibini məğlub edib - 2:0.

UEFA Çempionlar Liqası, 1/8 final, cavab oyunları

7 mart

00:00. "Çelsi" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)

Hakimlər: Denni Makkeli, Rocier Honiq, Yan de Vrays, Yoxem Kampuis (Niderland)
İlk oyun - 0:1
London, "Stemford Bric" stadionu

00:00. "Benfika" (Portuqaliya) - "Brügge" (Belçika)

Hakimlər: Halil Umut Meler, Mustafa Emre Eyisoy, Cevdet Kömürcüoğlu, Abdulkadir Bitigen (Türkiyə)
İlk oyun - 2:0
Lissabon, "Eştadiu du Benfika" stadionu

8 mart

00:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa)

Hakimlər: Daniele Orsato, Çiro Karbone, Alessandro Yallatini, Mauritsio Mariani (İtaliya).

İlk oyun - 1:0.

00:00. "Tottenhem" (İngiltərə) - "Milan" (İtaliya)

Hakimlər: Kleman Turpin, Nikolas Danos, Bejamin Paqes, Jeremie Piqnard (Fransa)

İlk oyun - 0:1

14 mart

00:00. "Portu" (Portuqaliya) - "İnter" (İtaliya)

İlk oyun - 0:1

00:00. "Mançester Siti" (İngiltərə)  - "Leyptsiq" (Almaniya)

İlk oyun - 1:1

15 mart

00:00. "Napoli" (İtaliya) - "Ayntraxt" (Frankfurt, Almaniya)

İlk oyun - 2:0.

00:00. "Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə)

İlk oyun - 5:2