ÇL-də 1/8 finalın son iştirakçısı müəyyənləşir

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 6-cı turun təxirə salınmış oyunu keçiriləcək.

Sportline.az xəbər verir ki, F qrupunda "Atalanta" evdə "Vilyarreal"ı sınağa çəkəcək. Ötən gün güclü qar səbəbindən oynanılmayan qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 

Hazırda "Vilyarreal" 7 xalla 2-ci, "Atalanta" isə 6 xalla 3-cü pillədə qərarlaşıb. "Atalanta" növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalıdır. La Liqa təmsilçisini isə heç-heçə də qane edəcək.

Bu qrupda İngiltərə "Mançester Yunayted"i ilk pillənin sahibi kimi 1/8 finala çıxıb. İsveçrə "Yanq Boyz"u isə avrokuboklarla vidalaşıb.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

6-cı turdan təxirə salınmış oyun

F qrupu

22:00. "Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya) 

1

Mançester Yunayted

6

3

2

1

11

8

11

2

Villarreal

5

2

1

2

9

7

7

3

Atalanta

5

1

3

1

10

10

6

4

Yanq Boyz

6

1

2

3

7

12

5

Qeyd edək ki, bunadək Fransanın PSJ və "Lill", İngiltərənin "Mançester Siti", "Liverpul", "Mançester Yunayted" və "Çelsi", Niderlandın "Ayaks", Portuqaliyanın "Sportinq" və "Benfika", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), Almaniyanın "Bavariya", Avstriyanın "Zaltsburq", İtaliyanın "İnter" və "Yuventus" klubları 1/8 finala vəsiqə qazanıblar.