Çempionlar Liqası: "Mançester Siti"dən darmadağın, "Real"a 1 qol bəs etdi

Çempionlar Liqasının qrup mərhələsində l turu yekunlaşıb.

Sportline.az xəbər verir ki, ikinci oyun günündə 4 qrupda 8 qarşılaşma keçirilib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edib. Görüş istanbul klubunun məğlubiyyəti ilə başa çatıb.
 Qrupun digər görüşündə Niderland "Ayaks"ı Portuqaliyada "Sportinq"in qonağı olub.

A qrupunda yer alan turnirin son finalçısı "Mançester Siti" İngiltərədə Almaniya "Leyptsiq"ini sınağa çəkib. Heyətini Serxio Ramos, Lionel Messi kimi futbolçularla gücləndirən Fransa PSJ-si isə Belçikada "Brügge" ilə üz-üzə gəlib.

B qrupunda İspaniyanın "Atletiko" (Madrid) klubu Portuqaliya "Portu"su, İngiltərə "Liverpul"u isə İtaliya "Milan"ı ilə münasibətlərinə aydınlıq gətirib.

Gecənin maraqlı oyunlarından biri D qrupunda olub. İspaniya "Real Madrid"i İtaliyada "İnter"lə qarşılaşmadan qalib ayrılıb.

Oyunların nəticələrini təqdim edirik:

Çempionlar Liqası
Qrup mərhələsi, I tur
15 sentyabr

A qrupu
23:00. "Mançester Siti" (İngiltərə) - "Laypsix" (Almaniya) 6:3

Qollar: Ake, 16. Mukiele, 26 (oq). Marez, 45+2. Qriliş, 56. Kanselo, 75. Xesus, 85. - Nkuku, 42, 51, 73.

23:00. "Brügge" (Belçika) - PSJ (Fransa) 1:1 

Qollar: Vanaken, 27. - Errera, 15.

B qrupu
23:00. "Atletiko" (Madrid, İspaniya) - "Portu" (Portuqaliya) 0:0
23:00. "Liverpul" (İngiltərə) - "Milan" (İtaliya) 3:2

Qollar: Tomori, 9 (oq). Salah, 48. Henderson, 69. - Rebic, 42. Diaz, 44.

C qrupu
20:45. "Beşiktaş" (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya) 1:2

Qollar: Montero, 90+4. - Belinqam, 20. Halland, 45+3. 
23:00. "Sportinq" (Portuqaliya) - "Ayaks" (Niderland) 1:5 

Qollar: Paulinyu, 33. - Alle, 2, 9, 51, 63. Berquis, 39.

D qrupu
20:45. "Şerif" (Moldova) - "Şaxtyor" (Donetsk, Ukrayna) 2:0 

Qollar: Traore, 16. Yansane, 62.
23:00. "İnter" (İtaliya) - "Real Madrid" (İspaniya) 0:1

Qol: Kamavinqa, 89.

Xatırladaq ki, gələn turun oyunları sentyabrın 28-i keçiriləcək.