"Çox yaxşı oyun göstərdik"

"Çox yaxşı oyun göstərdik".

Sportline.az xəbər verir ki, bunu “Milli Aviasiya Akademiyası”nın voleybolçusu Sənubər Ələskərova Azərbaycan Yüksək Liqasının X turunda UNEC üzərində qələbədən (3:0) sonra federasiyanın mətbuat xidmətinə açıqlamasında bildirib.

Libero etimadı doğrultmaq istədiklərini deyib:

“Komanda yoldaşlarımı qələbə münasibətilə təbrik edirəm. Çox yaxşı oyun göstərdik. Heyətdə güclü oyunçularımız var. Onlarla məşq etmək həqiqətən bizə çox böyük təcrübə qazandırır. Baş məşqçimiz gənclərə oyunlarda özlərini göstərmək üçün şans verir və bunun üçün ona təşəkkür edirəm. Çalışırıq ki, özümüzü yaxşı göstərək və təcrübə qazanaq. Çempionat çox maraqlı keçir və çalışırıq ki, yarışı qalib kimi bitirək”.

Qeyd edək ki, “Milli Aviasiya Akademiyası” 10 turdan sonra Yüksək Liqanın turnir cədvəlində 24 xalla ikinci pillədə qərarlaşıb.