Coşua Ceyk Polu nokaut etdi

Bütün dünyanın maraqla izlədiyi boks gecəsində Entoni Coşua ilə Ceyk Pol rinqdə üz-üzə gəldi. 

Sportline.az xəbər verir ki, Mayami şəhərində keçirilən qarşılaşmada ağır çəki üzrə dünya çempionu Entoni Coşua üstünlüyünü açıq şəkildə ortaya qoyaraq Ceyk Polu 6-cı raundda nokaut etdi və döyüşün qalibi oldu.

İkiqat dünya çempionluğu olan Coşua görüş boyu rinqdə tam dominant təsir bağışladı. Gözləniləndən bir qədər uzun çəksə də, britaniyalı boksçu həlledici zərbəni 6-cı raundda endirərək döyüşə son qoydu.