Cüdoçular Avropa kubokunda mübarizəyə başlayırlar

Bu gün Sloveniyanın Sele şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku turniri başlanır.

Sportline.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 12 cüdoçusu tatami üzərinə çıxacaq.

Kişilərin 60 kq çəki dərəcəsindəki Rəşad Yelkiyev 1/16 finalda Xraçik Laçinyanı (Almaniya), eyni çəkidə yer alan Kənan İsmayılov isə Eduard Ştefanetsi (Ukrayna) sınağa çəkəcək.

66 kq çəki dərəcəsindəki cüdoçulardan Tofiq Məmmədov 1/8 finalda Bentse Matne (Macarıstan) - Urh Oqrizek (Sloveniya) cütünün qalibi ilə, Ruslan Paşayev isə Coşua Bell (Böyük Britaniya) - Miha Brense (Sloveniya) duelinin güclüsü ilə münasibətləri aydınlaşdıracaq. Samir Piriyev 1/16-də Danilo Xlopetski (Ukrayna) ilə, Sabir İsmayılov isə Mattia Mikelli (İtaliya) ilə üz-üzə gələcək.

73 kq çəki dərəcəsində çıxış edən Nəriman Mirzəyev 1/16 finalda Giorgi Zatmari (Macarıstan) - Anton Şuxaliyev (Ukrayna) cütünün qalibi ilə, Rəşid Məmmədəliyev isə eyni mərhələdə Aleksandr Mariak (Fransa) ilə qarşılaşacaq.

Qadın cüdoçulardan Ramilə Əliyeva (48 kq) 1/8 finalda Katrina Esposito (Malta) ilə mübarizə aparacaq.

52 kq çəki dərəcəsindəki Zeynəb Məmmədova 1/8 finalda Luka Veq (Macarıstan) ilə, Ülviyyə Bayramova isə 1/4-də Culiya De Luka (İtaliya) ilə qarşılaşacaq.

Nəhayət, Gülnarə Bayramova (57 kq) 1/8 finalda Sofi Puşellə (Almaniya) gücünü sınayacaq.

Qeyd edək ki, 23 ölkədən 250 cüdoçunun qatıldığı turnirə oktyabrın 2-də yekun vurulacaq. Sabah Azərbaycanın daha 6 təmsilçisi mübarizəyə qoşulacaq.