Cüzeppe Rossinin yeni klubu

İtaliya millisinin sabiq futbolçusu Cüzeppe Rossinin yeni klubu müəyyənləşib.

Sporrtline.az xəbər verir ki, 36 yaşlı hücumçu SPAL-a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Rossi B Seriyası təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Rossi karyerası ərzində "Fiorentina", "Selta", "Mançester Yunayted", "Nyukasl" kimi klublarda forma geyinib. Son klubu ABŞ "Real Solt-Leyk"i olan Rossi İtaliya yığmasında 30 oyuna 7 qol vurub.

Banner