Dadaşov oynadı, komandası məğlub oldu

Almaniyanın Qərb Regional Liqasında 14-cü turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin ikinci komandası səfərdə "Proyssen Münster"lə qarşılaşıb və 0:3 hesabı ilə uduzub

Rüfət start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Şalke 2” bu nəticədən sonra 13 xalla 20 komanda arasında 14-cü pillədə qərarlaşıb.