Dadaşov üçün 62 dəqiqə
İsveçrə çempionatında 12-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” öz meydanında “Servett”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib.
“Qrasshopper” 12 turdan sonra 14 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.