Dadaşovun komandasından heç-heçə
Portuqaliya çempionatında 32-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” səfərdə "Pakoş de Ferreyra" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Renat da bu görüşün iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, “Tondela” hazırda 27 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.