Daha bir əfsanə karyerasını başa vurdu
İtaliya futbolunun canlı əfsanəsi Canluici Buffon karyerasını başa vurub.
Sportline.az xəbər verir ki, bu haqda 45 yaşlı qapıçı sosial şəbəkədə məlumat yayıb.
O, azarkeşlərə müraciətində "Hər şeyi siz mənə verdiniz. Mən də heç nəyi əsirgəmədim. Biz bunu birlikdə etdik" yazıb.
Qeyd edək ki, Buffon karyerası ərzində "Parma", "Yuventus" və PSJ-nin formasını geyinib.
10 qat İtaliya çempionu karyerası ərzində ümumilikdə 29 mükafat qazanıb.