Daha bir güləşçimiz Polşada medal görüşünə çıxacaq
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Polşanın paxtaxtı Varşavada keçirilən "Poland Open" turnirində mübarizəyə başlayıb.
Sportline.az xəbər verir ki, 82 kq-da çıxış edən idmançı 1/4 finalda Raybek Bisultanovu (Danimarka) mübarizədən kənarlaşdırıb.
Amma yarımfinalda ukraynalı Yaroslav Filçakova 3:4 hesabı ilə uduzan Hüseynov finala çıxmaq şansını əldən verib.
O, bürünc medal uğrunda görüşdə Maqnus Qroyenviklə (Norveç) üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Hacı Əliyev (70 kq) bürünc, Mariya Stadnik (50 kq) isə qızıl medal qazanıb.