Daha bir ulduz idmançı karyerasını bitirməyə hazırlaşır

"Los-Anceles Leykers"in forvardı Lebron Ceyms karyerasını bitirməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, ulduz basketbolçu özü buna işarə edib.

Zədə üzündən həftəsonu məşqlərə qatılmayan idmançı ESPN US-ə açıqlamasında "Elə də çox vaxt qalmayıb. Buna görə də məsələyə sadə yanaşmaq lazımdır. Tezliklə bu, başa çatacaq", - deyib.

Qeyd edək ki, 40 yaşlı basketbolçu NBA-nın cari mövsümündə 48 oyuna orta hesabla 24,3 xal, 7,7 ribaund və 9 asistlə yadda qalıb.