Güləşçimiz təsnifat turnirini bürünclə başa vurdu
İstanbulda Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri davam edir. SportLine.az xəbər verir ki, yarışın ikinci günündə qadın güləşçilər mübarizə aparıblar.
Azərbaycan bu növdə iki idmançı ilə təmsil olunub. 63 kq çəki dərəcəsində Elis Manolova etimadı doğrultmayıb. 75 kq-da isə Gözəl Zutova bürünc medala yiyələnib.
63 kq
1/8 final - Elis Manolova - Monika Eva Mixalik (POL) 0:4
Təsəlliverici görüş - Kriszta Tunde İncze (ROM) - Elis Manolova 11:1
75 kq
1/8 final - Kiran Kiran (İND) - Gözəl Zutova 0:2 (tuşe)
1/4 final - Gözəl Zutova - Burmaa Oçirbat (MGL) 4:0 (tuşe)
1/2 final - Maria Selmaier (GER) - Gözəl Zutova 12:5
Bürünc medal görüşü - İselin Maria Moen Solheim (NOR) - Gözəl Zutova - 0:8
Xatırladaq ki, yarışın ilk günündə 66 kq çəkidə yunan-Roma güləşçimiz Rəsul Çunayev bütün rəqiblərini məğlub edərək Rio Olimpiadasına vəsiqə qazanıb.