Daha iki güləşçimiz xalça üzərinə çıxıb

Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.

SportLine.az xəbər verir ki, dördüncü yarış günündə 48, 55, 63 və 72 kq çəki dərəcələrində gənc qızlar mübarizə aparıb. Azərbaycan güləşçiləri iki çəki dərəcəsində təmsil olunub. Təəssüf ki, hər iki idmançımız Dünya çempionatını medalsız başa vurub.
 

48 kq 
1/8 final - Gülcahan Hacıyeva -  Evelin del Carmen Sosa (ARG) 4:7

55 kq 
Təsəlliverici görüş - Olena Kremzer (UKR) - Şəbnəm Əhmədova 6:0
1/8 final - Şəbnəm Əhmədova - Mayu Mukaida (JPN) 0:10
1/16 final - Şəbnəm Əhmədova - Madalina Ioana Caia (ROU) 6:5