Darvin Nunyes 4 klubdan təklif alıb
"Liverpul"un uruqvaylı forvardı Darvin Nunyes 4 klubdan 4 təklif alıb.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Barselona", "Milan", "Əl-Hilal" və "Əl-Nəsr" klubları Nunyesi transfer etmək istəyir.
26 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 45 milyon avrodur.
Qeyd edək ki, Nunyesin "Liverpul"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
O, Mersisayd klubuna 2022-ci ilin yayında "Benfika"dan, 85 milyon avro qarşılığında transfer olunmuşdu.