Darvin Nunyes “Əl-Hilal”dan ayrılmaq istəyir
“Əl-Hilal”ın uruqvaylı forvardı Darvin Nunyes klubdan ayrılmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, təcrübəli futbolçu Səudiyyə Ərəbistanı klubunda xoşbəxt deyil.
“Ge Globo”nun yaydığı məlumata görə, “River Pleyt” D.Nunyesi transfer etməyi planlaşdırır.
Qeyd edək ki, 26 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 11 matçda 5 qol, 2 asistlə yadda qalıb.