Davud Kərimi: "Böyük ölkələrin milliləri Azərbaycana gələcək"

"İnşəAllah, Bakıda mayın 1-də Ulu Öndərimiz Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir başlanacaq".

Bunu Sportline.az saytına açıqlamasında mini-futbol üzrə Avropa çempionu olan millimizin qapıçısı Davud Kərimi deyib.

Turnirə hazırlaşacağı tarixi açıqlayan futbolçumuz seçməmizin hədəfini açıqlayıb: "Ulu Öndərimiz Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirə görə Fransa, İtaliya, Serbiya, Türkiyə kimi böyük ölkələrin milliləri Bakıya gələcək. Çox güman ki, aprelin 10-dan sonra tam formada məşqlərə başlayıb, turnirə hazırlaşacağıq. Hədəfimiz, İnşəAllah, öz ölkəmizdə çempion olmaqdır".

Banner