Davud Kərimi: "Hədəfimiz çempion olmaqdır"

"Mini-futbol üzrə Azərbaycan çempionatında "Zirə" komandası liderliyini davam etdirir".

Bunu Sportline.az saytına açıqlamasında "Zirə" mini-futbol komandasının məşhur qapıçısı Davud Kərimi deyib.

O, bildirib ki, liderliyi vaxtından əvvəl təmin edib: "Şükürlər olsun ki, "Zirə" komandasında işlər yaxşı gedir. Çərşənbə axşamı turnirin son oyunu olacaq. Amma buna baxmayaraq biz artıq liderliyimizi təmin etmişik. Bundan sonra 17 komandadan 8-i 1/4 finala çıxacaq. Bu zaman da bizi gərgin mübarizə gözləyir. Hədəfimiz, İnşəAllah, çempion olmaqdır".

Banner