DÇ 2022: Macarıstanlı azarkeşlər polislərlə dalaşıb
Macarıstanlı azarkeşlər milli komandanın səfərdə İngiltərə ilə 1:1 hesablı heç-heçə etdiyi 2022-ci il dünya çempionatının seçmə oyunu zamanı polislərlə dalaşıb.
Sportline.az xəbər verir ki, qarşılaşma başlamazdan əvvəl İngiltərə yığmasının oyunçuları irqçiliyə qarşı diz çöküblər.
Macarıstanlı fanatlar həmin vaxt futbolçuları fitə basıb və azarkeşlərdən biri stüardı irqçilik zəminində təhqir edib.
Stadiondakı polis əməkdaşları bu hadisəyə cavab veriblər və bir nəfəri saxlayıblar. Bundan sonra isə digər fanatlar polislərlə münaqişəyə girib. Hüquq-mühafizə orqanları kütləni dağıtmaq üçün dəyənəklər istifadə edib.