DÇ 2022: Azərbaycan Serbiyaya da uduzdu
Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportline.az xəbər verir ki, Canni de Byazinin rəhbərlik etdiyi komanda A qrupunun 8-ci turunda Serbiyanın qonağı olub və 1:3 hesabı ilə uduzub.
A qrupunun digər matçında Portuqaliya Lüksemburqu 5 cavabsız qolla məğlub edib.
12 oktyabr
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, 8-ci tur
22:45. Serbiya – Azərbaycan 3:1
Qollar: Duşan Vlahoviç, 30-penalti (1:0), Emin Mahmudov, 45+2 (1:1), Duşan Vlahoviç, 52 (2:1), Duşan Tadiç, 83-penalti (3:1)
Baş hakim: Erik Lambrexts (Belçika)
Belqrad, “Rayko Mitiç” stadionu
22:45. Portuqaliya - Lüksemburq 5:0
Qollar: Kriştianu Ronaldu, 8-penalti, 11-penalti, Brunu Fernandeş, 17, Palinya, 69, Kriştianu Ronaldu, 87