DÇ-2026: İngiltərə Norveçə, Argentina İsveçrəyə qarşı
Bu gecə DÇ-2026-da 1/4 final mərhələsinə yekun vurulacaq.
Sportline.az xəbər verir ki, əvvəlcə meydana Norveç və İngiltərə komandaları çıxacaqlar.
Ardınca isə son dünya çempionu Argentina seçməsi İsveçrə millisi ilə qarşılaşacaq.
Qalib gələn komandalar iyulun 15-də yarımfinalda üz-üzə gələcəklər.
İyulun 14-də keçiriləcək ilk yarımfinal görüşündə isə Fransa İspaniya ilə münasibətləri aydınlaşdıracaq.
DÇ-2026, 1/4 final mərhələsi
12 iyul
01:00. Norveç - İngiltərə
05:00. Argentina - İsveçrə