DÇ: Cüdoçumuz yarımfinalda

Azərbaycan cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Sportline.az xəbər verir ki, 81 kq-da çıxış edən idmançı mübarizəyə 1/16 finaldan başlayıb.

Ardıcıl olaraq, slovakiyalı Aleks Barto və mərakeşlı Aşraf Mutiyə qalib gələn Mollayi 1/4 finalda cənubi koreyalı Yunvan Li ilə qarşılaşıb.

Rəqibinə vazari ilə qalib gələn cüdoçu yarımfinala adlayıb.

Finala gedən yolda rəqib gürcüstanlı Tato Qriqalaşvili olacaq.